
Azərbaycan Premyer Liqası 60-cı oldu
- 22 Yan 2022 17:15
- 950
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı liqalarını açıqlayıb.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 324 xalla siyahıda 60-cı pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası siyahıda Konqo, Çili, Zambiya, Qvatemala, Boliviya, Bolqarıstan kimi ölkələrin çempionatlarından geri qalıb.
Braziliya çempionatı 1406 xalla 1-ci pillədə qərarlaşıb. İngiltərə Premyer Liqası 1204 xalla 2-ci, İtaliya A Seriyası isə 1060,5 xalla 3-cü sırada yer alıb.