
Azərbaycan - Monteneqro matçının hakimləri açıqlandı
- 23 Noy 2021 16:30
- 517
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, noyabrın 30-da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:
Görüşün baş hakimi Emanuela Rusta olacaq. Ona yan xətt hakimləri Erinda Kume və Miryeta Salla kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Soada Tuşay yerinə yetirəcək.
“Dalğa Arena”da keçiriləcək Azərbaycan - Monteneqro matçına saat 18:00-da start veriləcək.