Türkiyənin Konya şəhərində 9-18 avqustda təşkil olunacaq 5-ci İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.

Millimizin oyunların təqvimini nəzərinizə çatdırırıq:
 
8 avqust. Saat 19:00
İran – Azərbaycan
 
10 avqust. 17:00
Səudiyyə Ərəbistanı – Azərbaycan
 
12 avqust. Saat 15:00
Mərakeş – Azərbaycan
 
14 avqust. Saat 19:00
Yarımfinal
 
16 avqust. Saat: 16:00
Üçüncü yer
 
Saat: 19:00
Final
 
Qeyd: Oyunları başlama saatı yerli vaxtla göstərilib.