
Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq
- 24 Noy 2021 17:20
- 500
Futzal üzrə Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisi dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq. Oyunların keçiriləcəyi məkan və başlama saatı hələ məlum deyil.