
Azərbaycan millisi FİFA reytinqində gerilədi
- 19 Noy 2021 19:20
- 523
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə bir pillə geriləyib.
Komandamız yeni siyahıda 1139 xalla 120-ci pillədə qərarlaşıb.
Reytinqin ilk 3 pilləsində Belçika (1828.45), Braziliya (1826.35) və Fransa (1786.15) yer alıb. İki sıra irəliləyən Türkiyə millisi isə 1472 xalla 37-cidir.