
Azərbaycan milli komandası BƏƏ yığması ilə heç-heçə etdi
- 08 Dek 2021 11:00
- 531
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.
Azərbaycan milli komandasının heyətində 70-ci dəqiqədə penaltidən Ayxan Süleymanlı fərqlənib. Bu komandalar arasında növbəti oyun dekabrın 9-da keçiriləcək.