Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

Rekord.az xəbər verir ki, yarımfinalın ilk matçında "Neftçi" İK və "Baku Fire" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da başlayacaq.

Digər yarımfinal görüşündə ölkə çempionu "Araz-Naxçıvan" PFL-i sınağa çəkəcək. Bu matç saat 18:00-da start götürəcək.