Milli komandamız oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda İrlandiya ilə üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, bu görüşün biletləri sentyabrın 20-dən satışa çıxarılıb.

Nəzərinizə çatdıraq ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Bəs indiyə kimi nə qədər bilet satılıb? Sualımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla cavabladı: “Satış normal qaydada davam edir. İndiyə kimi 4 min bilet sahibini tapıb” (sportinfo.az).