Azərbaycan futbolunda antidopinq qayda pozuntusu üzrə iş icraata götürülüb.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, il ərzində 19 icraatın aparıldığı 11 idman növündən biri də futboldur: "Həmin iş üzrə xitam qərarı verilib".

Hüseynli ad çəkməyin məqsədəuyğun olmadığını bildirib.