“Səbail”də baş məşqçi ayrılığı olub.

Rekord.az xəbər verir ki, Rüfət Quliyev Bayıl təmsilçisinin 17 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılıb.

O, klub rəhbərliyinin futbolçulara normal şərait yaratmamasına etiraz əlaməti olaraq, postundan gedib.

Quliyev Azərbaycan yığmasının keçmiş üzvü olub. Sabiq yarımmüdafiəçi məşqçi həyatına “Ağsu”da başlayıb.

O, 6 ilə yaxın müddətdə Aran təmsilçisini çalışdırıb. Yeni yaranan kluba I Divizionun çempionu tutulunu qazandırıb, müxtəlif əyarlı medallar əldə edib. 3 il öncə isə adı oyun alqı-satqısında hallandığı üçün çempionatdan kənarlaşdırııb. (sportinfo.az)