Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq.


Rekord.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.


Saat 19:00-da "Aznur" "Sumqayıt"la üz-üzə gələcək.


Final matçı isə saat 20:30-da star götürəcək. Həlledici qarşılaşmada "Zirə" "Birbaşa Bakı" ilə münasibətlərə aydınlıq gətirəcək.


Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.