photo

Azərbaycan çempionatı start götürür

  • 2019-11-22 13:41
  • 166

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. 

Rekord.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq. Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Son xəbərlər