"Neftçi"nin qışda heyətinə qatdığı Azər Əliyevin milliləşdirilmə məsələsi hələ də açıq qalıb.

Rekord.az xəbər verir ki, problemin birbaşa futbolçudan, yoxsa AFFA-dan qaynaqlandığı məlum deyil.

Məlum olan odur ki, Rusiyada doğulan və Rusiya vətəndaşlığı olan futbolçuya hələ də Azərbaycan pasportunun verilməsi mümkün olmayıb. Millinin son oyunlarına da dəvət almadı. Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, futbolçu bu gedişlə növbəti mövsümdə də legioner statusu daşıyacaq. Bu isə "Neftçi"yə sərf etmir. Lakin futbolçu ilə müqavilə olduğundan bu səbəbdən onu göndərmək də mümkün deyil. Bir sözlə, "Neftçi" rəhbərliyinin səhlənkar yanaşması bu gün ciddi problemə çevirilib.