“Qazaxıstanla görüşdə azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Rekord.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının və "Neftçi"nin kapitanı Emin Mahmudov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi görüşün gərgin mübarizə şəraitində keçəcəyini deyib. “Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.