
Azarkeşləri "Keşlə"dən imtina edib?
- 29 Noy 2021 15:00
- 709
Ölkə çempionatının 12-ci turunda "Keşlə" "Sabah"ın qonağı oldu.
Masazırda baş tutan matçda meydan sahiblərinin çox sayda azarkeşi var idi. Onlar oyundan öncə də komandalarının qələbə ruhunu yüksəltmək üçün klub avtobusunu şüarlarla qarşıladılar. Bundan əlavə diqqətimizi çəkən məqam tribunada qonaq tərəfdən bir azarkeş də görməməyimiz idi. Səbəbi öyrənmək üçün "Keşlə"nin "Old Wolf" azarkeş qrupunun yaradıcısı və rəhbəri Elnur Yusifovla danışdıq: "Müəyyən səbəblər var idi. Danışmasam yaxşıdı. Qoy qalsın. Belə məsləhət bildib getmədik. Klubla, enişli-yoxuşlu oyunlara və ya məğlubiyyətlərə görə deyil. Bunu bilin yetərlidi". ("Futbol plus")
Rekord.az xəbər verir ki, bunu klubun Şamaxıya köçməsi ilə də əlaqələndirmək olar. Ola bilsin ki, bu addım "Keşlə"nin sadiq fanatlarına çox pis təsir edib və onları komandadan küsdürüb.