“Azarkeşlər “Qəbələ”ni belə görmək istəmirlər” - Sxadadze
- 19:00
- 37
“Qəbələ” bu gün Misli Premyer Liqasının 27-ci turunda “İmişli”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis çox acı təsir edən bir məğlubiyyət olduğunu bildirib:
“Çox acı təsir edən bir məğlubiyyət oldu. Bilirdik ki, “İmişli” böyük ölçüdə müdafiədən oynayan komandadır. Belə komandalara qarşı səhv etmək olmaz. Səhv buraxdıq və rəqib standart vəziyyətdən fərqləndi. Hücumlar edirdik, ancaq sonluğu gətirə bilmirdik. Oyuna köklənmə problemi var idi. Qarşıda 6 tur var.
Azarkeşləri də başa düşürəm, onlar “Qəbələ”ni belə görmək istəmirlər.
Başa düşürük səhvlərimiz nədədir. “Qəbələ” Premyer Liqanı tərk edəndən bunlar başlamışdı. Sonra yenidən qayıtdıq. Bizim iki yolumuz var idi: Ya Birinci Liqadakı heyəti dağıdıb yenidən qurmalı, ya da, yolumuza həmin oyunçularla davam etməli idik. Qərara aldıq ki, Birinci Liqada çempion olan oyunuçlarla Premyer Liqada çıxış edək və həmin heyətin 95 faizini saxladıq”.