Xəbər verdiyimiz kimi, Türkiyədə Afrikadan olan futbolçulara viza şərtləri sərtləşdirildiyindən klublarımız bu qitədən olan futbolçuları Antalyaya aparmaqda çətinlik çəkir.

Rekord.az xəbər verir ki, "Kəpəz"in iki futbolçusu, Ahmed Ayzaya və Abdullahi Şuaybu, ümumiyyətlə, Türkiyəyə gedə bilməmişdi.

Aldığımız son məlumata görə, adıçəkilən futbolçulardan Ayzayanın problemi həll olunub və o, Türkiyəyə yola düşərək, "Kəpəz"in hazırlığına qoşulub.