
Ayaz Quliyev: “Milliyətimdən imtina etmirəm”
- 16 Fev 2022 14:41
- 534
Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən futbolçu Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirib.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında hələlik bu məsələdə konkretliyin olmadığını söyləyib:
“Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenə əlaqəyə çıxdılar, lakin heç bir konkretlik olmadı. Konkretlik olsa, əsas heyətin üzvü olub-olmayacağım barədə düşünə bilərəm. Mən milliyətimdən imtina etmirəm. Amma indi “Razıyam, gedirəm” də deyə bilmirəm”.
Quliyevin fikrincə, Azərbaycan millisinə keçidi üçün hər şeyi danışmaq lazımdır: “Böyüyüb bütün həyatımı keçirdiyim ölkə Rusiyadır. Burda çoxlu dostlarım var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir”.
Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış etsə də, əsas millidə oynamayıb.