
"Ayaks"dan "İnter"ə
- 22 Dek 2021 18:42
- 685
"Ayaks"ın qapıçısı Andre Onana "İnter"ə keçəcək.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Milan təmsilçisi ilə razılığa gəlib.
"İnter"in 2022-ci ilin yayında Onana azad agent kimi heyətinə cəlb edəcəyi bildirilib. Tərəflərin artıq yanvarda müqavilə bağlayacağı qeyd olunub.
"Barselona"nın yetirməsi olan kamerunlu qapıçı 2015-ci ildən "Ayaks"da çıxış edir. O, Kataloniya klubuna qayıdacağı haqda da xəbərlər yayılmışdı.