Niderlandın "Ayaks" klubu braziliyalı hücumçu Markos Leonardonun transferini rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, Amsterdam təmsilçisi 23 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan heyətinə qatıb.


Tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyərinin 20 milyon avroya yaxın olduğu bildirilir. 


Hücumçu Səudiyyə Ərəbistanı klubunun heyətində keçirdiyi 82 rəsmi oyunda 48 qol vurub. O, həmçinin Braziliya millisinin formasını da geyinib.