Axundzadənin baş məşqçisi ilə yollar ayrıldı
- 16:00
- 35
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin "Kolumbus Kru" klubu baş məşqçisi Henrik Ridströmlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Baş menecer İssa Tall 50 yaşlı mütəxəssisin işdən çıxarıldığını açıqlayıb.
Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.
"Kolumbus Kru" 14 oyundan sonra Şərq Konfransında 13 xalla 15 komanda arasında 13-cü pillədə qərarlaşıb.