Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən "Bazel" - "Qarabağ" oyununda (3:0) Ağdam klubunun 2-ci dəqiqədə vurduğu qolun qeydə alınmaması Avropa mətbuatında da müzakirə mövzusu olub.

Rekord.az xəbər verir ki, , Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçib.  Ancaq baş hakim  Fran Yoviç (Xorvatiya) qolu  qeydə almayıb. 

İsveçrə mətbuatı komandalarının qələbəsinə sevinsə də, qol qeydə alınsaydı, hər şeyin başqa cür ola biləcəyini vurğulayır.

İsveçrənin "Blue News" qəzeti yazır: "Cəmi 65 saniyədən sonra top "Bazel"in qapı xəttindən keçdi. Abdullah Zubirin zərbəsindən sonra Serxio Lopez topu xəttdən kənara vursa da, top açıq şəkildə yarım metrdən çox qapı xəttini keçmişdi. Amma hakim fit çalmadı. Konfranslar Liqasında VAR və Goal Line texnologiyası olmadığı üçün hakimin qərarı qüvvədə qaldı”.

"Swiss Nau" isə hakimlərin "Bazel"i sürətli qoldan xilas etdiyini bildirib: "Lopez topa vuranda topun xəttdən çıxdığını görmədilər”.

Yoviçin səhv qərarı onun vətəni Xorvatiyada da müzakirə mövzusu olub.  RTL telekanalının saytında belə manşet verilir: “Xorvatiyalı hakimlərin böyük səhvi “Qarabağ"a ziyan vurdu" 
Konfranslar Liqasının son turunda keçirilən “Bazel” – “Qarabağ” matçını Fran Yoviçin başçılıq etdiyi xorvatiyalı hakimlər idarə edib və onlar məşhurlaşmayıb... “Bazel” 3:0 hesabı ilə qalib gəldi, amma matçın əvvəlində hakimin ciddi səhvi olmasaydı, hər şey başqa cür də bitə bilərdi. 2-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçdi. Bununla belə, hakimlər oyunun davam etdiyini bildirdilər. Xorvatiyalı hakimlər Fran Yoviç, Hrvoye Radiç və ona kömək edən Luka Pusiç 0:0 hesabının yaranmasında günahkardırlar” 


Indeh.hr saytı isə ən yaxşı xorvatiyalı hakimlərdən birinin Avropada inanılmaz səhv etdiyini bildirib: " Fran Joviç və köməkçilərinə çox vacib idman və maliyyə matçını idarə etmək imkanı verildi. 1-ci yer birbaşa 1/8 finalda, 2-ci yer isə Avropa Liqasında 3-cü yeri tutan güclü komandalarla pley-off mərhələsində oynayacaqdı. Üstəlik, pul mükafatının verilməsində də böyük fərq var idi".

Fransanın RMC telekanalının saytı xorvatiyalı hakimlər briqadasının səhv qərarı ilə yanaşı həmin anın videosunu da dərc edib: “Azərbaycanlılar hesabı açmalı oldular, top isveçrəlilərin qapı xəttini keçdi. Lakin hakim oyunu davam etdirdi. Baha başa gələn bir səhv. Nəzərinizə çatdırırıq ki, Konfranslar Liqasında nə VAR, nə də Goal Line texnologiyası mövcuddur. Bu səhv “Qarabağ”ın qrupda lider olmaq üçün qalib gəlməli olduğu matçın nəticəsinə təsir etdi”.