2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

2019-cu ildə UEFA Super Kubokunun final matçı "Beşiktaş" klubunun ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda baş tutub.