Avropa Liqasında 2025/26 mövsümünün qalibi məlum olub.


Rekord.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.


İstanbuldakı "Beşiktaş Park" stadionunda keçirilən oyun "Aston Villa"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


"Aston Villa" 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. Beləliklə, Birmingem təmsilçisi 44 ildən sonra yenidən avrokuboklarda titul əldə edib. "Aston Villa"nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.


Avropa Liqası

Final

20 may


Frayburq (Almaniya) – Aston Villa (İngiltərə) 0:3

Qollar: Tilemans, 41, Buendia, 45+3, Rocers, 53.

İstanbul. "Beşiktaş Park".