
Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
- 26 Noy 2021 11:44
- 443
UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu adına namizədlər bilinib.
Rekord.az xəbər verir ki, bu ada “Bayer”dən (Almaniya) Robert Andrix, Lion “Olimpik”indən (Fransa) Rayan Çerki, “Spartak”dan (Moskva) Aleksandr Sobolyev və “Reyncers”dən (Şotlandiya) Alfredo Morelos namizəd olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə yolu ilə müəyyənləşəcək.