
Avroliqa: “Qarabağ”ın səfər oyunu son sıralarda yer aldı
- 07 Okt 2023 17:12
- 293
Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Rekord.az xəbər verir ki, “Qarabağ” və İsveç “Hakken”i arasında Höteborqda gerçəkləşən qarşılaşmanı tribunalarda 8124 tərəfdar izləyib.
Bu, 16 matç arasında 14-cü olub. Görüş tamaşaçı sayı baxımından cəmi iki oyunu qabaqlayıb.
Qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə bitib.