
“Atletiko”nun futbolçusu rəsmən “Nyukasl”da
- 07 Yan 2022 17:44
- 435
İngiltərənin “Nyukasl” klubu ilk transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Atletiko”dan Kiran Trippyeri heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Trippyer daha əvvəl İngiltərədə “Tottenhem”də çıxış edib.