“Atletiko”nun zədəli futbolçusu Kiran Trippyerin son durumu məlum olub.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, La Liqanın 13-cü turunun "Valensiya" ilə matçında (3:3)  zədələnən ingilis müdafiəçi ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. .

Qeyd edək ki, Trippyer "Valensiya" ilə səfərdə keçirilən görüşün 8-ci dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmişdi.