“Atletiko” müdafiəçi Stefan Saviçlə müqavilə müddətini uzadıb.

Rekord.az xəbər verir ki, monteneqrolu oyunçu ilə müqavilənin avtomatik uzadılması bəndi aktivləşdirilib.

Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatırdı.

33 yaşlı futbolçu bu mövsüm 21 matçda meydana çıxıb.