
“Atletiko”da Luis Suares şoku
- 10 Dek 2021 18:40
- 509
Madrid “Atletiko”su ciddi itki ilə üzləşib. Rekord.az xəbər verir ki, İspaniya təmsilçisinin hücumçusu Luis Suares zədələnib.
O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Portu” ilə matçında (3:1) sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı hücumçunun zədəsinin ciddi olduğu bildirilir. Suaresin bərpa müddəti bilinmir. 34 yaşlı hücumçu gündəlik fizioterapiya seanslarına qoşulacaq.
Suares dekabrın 12-də keçiriləcək “Real” – “Atletiko” matçını buraxacaq.