İspaniyanın “Atletiko” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Kiran Trippyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 13-cü turunun “Valensiya” ilə səfər matçında (3:3)  zədələnən ingilis müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. O, sözügedən qarşılaşmanın 8-ci dəqiqəsində zədələnmiş və meydanı tərk etmək məcburiyyətində qalmışdı.