İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış "Atletiko" - "Levante" matçı keçirilib.

Rekord.az xəbər verir ki, qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.

"Levante" bu nəticədən sonra xallarını 14-ə çatdırsa da, sonuncu - 20-ci yerdə qalıb. "Atletiko" isə 39 xalla 5-cidir.