“Selta” və “Atletiko” klubları oyunçularını dəyişdiriblər.

Rekord.az xəbər verir ki, “Selta”nın sol cinah müdafiəçisi Xavi Qalan “Atletiko”ya keçibsə, Madrid təmsilçisinin eyni mövqedə çıxış edən yetirməsi Manu Sançes də əks düşərgəyə yollanıb.

“Atletiko” bu transfer üçün “Selta”ya 5 milyon avro ödəyib. “Selta” isə Manuya görə heç bir ödəniş etməyib.

“Atletiko” 28 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə bağlayıb. 22 yaşlı Manu isə “Selta” ilə 5 illik sözləşməyə imza atıb.