
Astarada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş çimərlik futbolu turniri
- 30 İyn 2023 13:30
- 425
Astara rayon Gənclər və İdman İdarəsi təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Astara Dənizkənarı Park Bulvar Kompleksinin ərazisindəki Xəzər dənizi sahilində Çimərlik Futbol meydançasında Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş çimərlik futbolu üzrə açıq Astara rayon turniri keçirilmişdir..
Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Astara RGİİ-nin rəisi Rufan Şirinov, Vətən Müharibəsi veteranı Ələskər Əskərov, Vətən Müharibəsi qazisi İlham Əkbərov, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, yarışın baş hakimi Afət Əkbərov, Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin futbol üzrə məşqçisi, yarışın hakimi Qəhraman Mirzəyev çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və idmançılara uğurlar arzulamışlar.
Yarışda 5 rayon komandası – Astara, İmişli ( 2 komanda), Beyləqan, Ağcabədi komandaları Oyunların Olimpiya sistemi (uduzub-çıxma) üzrə mübarizə aparmışlar.
Yekunda İ yerə Astara komandası , II yerə İmişli-2 komandası, III yerə Beyləqan komandası layiq görülmüşlər.
Fəxri yerləri qazanan komandala, eləcə də fərqlənən “Ən yaxşı hücumçu”ya, “Ən yaxşı qapıçı”ya və “Ən yaxşı müdafiəçi”yə Astara rayon Gənclər və İdman İdarəsinin, Çimərlik Futbol Federasiyasının kuboku, hədiyyələri və diplomları təqdim olunmuşdur.