
Asiyalı futbolçulardan ibarət ilin rəmzi komandası
- 25 Dek 2021 18:20
- 653
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin Asiya zonası üzrə rəmzi komandasını açıqlayıb.
Rekord.az xəbər verir ki, 11 ən yaxşı futbolçu sırasında bu oyunçuların adları yer alıb:
Qapıçı: Metyu Rayan (Avstraliya, “Arsenal”/“Real Sosyedad”);
Müdafiəçilər: Takehiro Tomiyasu (Yaponiya, “Bolonya”/“Arsenal”), Hosseyn Kananizadegan (İran, “Persepolis”/“Əh Əhli”), Abdel Kərim Hassan (Qatar, “Əl Sədd”), Yasser Əl Şarani (Səudiyyə Ərəbistanı, “Əl-Hilal”);
Yarımmüdafiəçilər: Takefusa Kubo (Yaponiya, “Real”/“Xetafe”), Yuya Osako (Yaponiya, “Vissel Kobe”), Vu Li (Çin, “Espanyol”);
Hücumçular: Əli Makbut (Birləşmiş Ərəb Əmirlikləri, “Əl-Cəzirə”), Sərdar Azmun (İran, “Zenit”), Son Hın Min (Cənubi Koreya, “Tottenhem”).