
Asiya Çempionlar Liqasının qalibi bəlli oldu
- 24 Noy 2021 11:41
- 685
Futbol üzrə Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, finalda Cənubi Koreya təmsilçisi “Pohanq”la Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası qarşılaşıb.
Rəqibini 2:0 hesabı ilə məğlub edən “Əl-Hilal” qitə çempionu olub. Bu, sözügedən klubun turnirdəki 4-cü uğurudur.
“Əl-Hilal” bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatında iştirak hüququ qazanıb.