
"Arsenal"ın yeni hədəfi
- 18 İyn 2022 16:30
- 432
London "Arsenal"ı, "Ayaks" və Argentina millisinin müdafiəçisi Lisandro Martinesi almaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi David Ornşteyn (The Athletic UK) məlumat yayıb.
Qeyd olunur ki, futbolçu özü də "topçular"a qoşulmaqda maraqlıdır.
"Ayaks" ilk 30 milyon avroluq təklifi rədd edib. "Arsenal"ın yenilənmiş təkliflə qayıdacağı bildirilir.