
“Arsenal”ın futbolçusu “Roma”da
- 08 Yan 2022 13:15
- 540
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Enzli Meytlend-Naylsı heyətinə qatıb.
Bu barədə “Arsenal”ın mətbuat xidməti məlumat yayıb. İngilis futbolçu mövsümün sonuna kimi icarəyə verilib. “Canavarlar” yarım illik icarə üçün “topçular”a 500 min avro ödəyəcək.
Enzli Meytlend-Nayls “Arsenal”ın yetirməsidir. 24 yaşlı futbolçu daha öncə “Vest Bromviç” və “İpsviç” klublarında da icarədə oynayıb. O, bu mövsüm “Arsenal”ın heyətində müxtəlif turnirlər çərçivəsində 11 rəsmi matça çıxıb.