
“Arsenal”ın 3 futbolçusunda koronavirus aşkarlandı
- 27 Dek 2021 16:41
- 697
İngiltərənin “Arsenal” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Arsenal”ın müdafiəçiləri Sedrik Soares, Takehiro Tomiyasu və Eynsli Meytlend-Naylzda koronavirus aşkarlanıb.
Hər üç futbolçu infeksiya səbəbindən Premyer Liqanın 19-cu turunun “Norviç”lə səfər oyununu (5:0) buraxıb.