
"Arsenal"dan ayrılıb "Barselona"ya keçir?
- 18 Dek 2021 14:52
- 491
“Arsenal”da əsas komandanın heyətindən kənarlaşdırılan və kapitanlığı əlindən alınan hücumçu Pyer-Emerik Obameyanq qışda klubu tərk edəcək.
Rekord.az xəbər verir ki, “Barselona” qabonlu hücumçunun vəziyyəti ilə yaxından maraqlanır.
“Barselona” hücum xəttindəki problemləri həll etmək üçün Obameyanqı heyətinə qatmaq istəyir.
32 yaşlı futbolçu qışda azad agent kimi Kataloniya klubuna keçə bilər.
Obameyanq intizam qaydalarını pozduğu üçün “Arsenal”ın əsas heyətindən kənarlaşdırılıb.