"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kipr "Aris"inin prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirib.

Rekord.az "Protathlima"ya istinadən xəbər verir ki, o, Azərbaycan təmsilçisi ilə bağlı deyib:  “Belə komanda ilə qarşılaşmaq görünməmiş hissdir. "Neftçi" bir neçə kubok qazanan çox çətin komandadır. Mübarizə aparacağıq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.

Lisansou yeni transferlər edəcəklərini vurğulayıb:  "Heyətin formalaşdırılması bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandadan bir neçə futbolçu getdi. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi transfer etmək istəyirik".

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab matçları iyulun 28-də keçiriləcək.