
Arif Əsədov millinin baş məşqçisi olmaqdan imtina edib ÖZƏL!
- 03 Yan 2022 13:00
- 1321
Azərbaycan millisinin baş məşqçisi postu ilə bağlı maraqlı məlumat əldə etmişik.
Rekord.az-a etibarlı mənbədən ötürülən məlumata görə, De Byazi ilə yeni anlaşma imzalanması məcburiyyətdən atılmış addım olub.
İlk olaraq bir neçə əcnəbi ilə danışıqlar aparılsa da bütün danışıqlar puç olub. AFFA-nın istədiyi məşqçilər yüksək məvacib tələb edib. Daha az məvacibə işləməyə razı olanlardan da son anda federasiya özü imtina edib. Hətta son anda yerli məşqçi təyinatı da gündəmdə olub. Sən demə, De Byazi ilə ikinci anlaşmadan öncə, millinin baş məşqçisi postu italiyalının azərbaycanlı köməkçisi Arif Əsədova təklif olunub. Lakin onun qarşısında şərt qoyulub ki, komandanı götürməyə razılıq versə, Millətlər Liqasında qrupdan çıxmaqla bağlı da söz verməlidir. Əsədov isə bu yükün altına girmək istəməyib və təklifdən imtina edib. Yalnız bundan sonra AFFA məcbur qalıb De Byazi ilə 10 aylıq müqavilə imzalayıb.