
Argentinalı futbolçu saxlanıldı – zorakılıqda ittiham olunur
- 27 Dek 2021 18:00
- 520
Fransanın “Lans” klubunun futbolçusu Fakundo Medina saxlanılıb.
Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Argentinalı oyunçunun sevgilisinə zorakılıqda ittiham olunduğu iddia edilir. Fakundo dekabrın 25-də sevgilisi ilə mübahisə edib və ona fiziki güc tətbiq edib.
Argentinalı müdafiəçi bu mövsüm Fransa Liqa 1-də 16 oyuna çıxıb.