"Qalatasaray"la müqaviləsi başa çatan Arda Turan futbolçu karyerasını başa vurmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə türk yarımmüdafiəçi "TV 100"ə açıqlamasında deyib. O, məşqçi kimi işləməyi düşündüyünü bildirib:

"Qalatasaray"da oynamayacağım üçün  həyat yoldaşımın və ailəmin rahat olacağı yerdə olmaq istəyirəm. Superliqada heç bir komandada oynamağı düşünmürəm.  Məşqçi olmaq istəyirəm, yaxşı məşqçi olacağımı düşünürəm. Komandamı yığıram".