
Arazın komandası uduza-uduza gedir
- 21 Noy 2021 11:41
- 473
Futbol üzrə Kipr çempionatında 10-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pafos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Araz da bu görüşün iştirakçısı olub. O, bu görüşün 15-ci dəqiqəsində meydana buraxılıb.
“Etnikos” 10 turdan sonra 2 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.