I Divizionun lideri "Araz Naxçıvan" böyük ölçüdə Türkiyəyə toplanışa gedə bilməyəcək.

Rekord.az xəbər verir ki, buna səbəb maliyyə sıxıntısıdır.

Üstəlik, quru sərhədlər bağlı olduğu üçün ancaq hava məkanından istifadə etmək mümkündür. Bu isə xərci bir beş artırır. Buna görə də "Araz Naxçıvan xeyli xərc çəkib Türkiyəyə yollanmaqdansa, Bakıya gəlib burda hazırlıq keçməyi üstün tutub.