"Araz Naxçıvan"ın yeni baş məşqçisi o olacaq?
- 12 May 2026 13:00
- 292
Demçenko "Araz Naxçıvan"dan gedəcək.
Rekord.az xəbər verir ki, qarşıya qoyulan məqsədə çata bilməyən ukraynalı ilə yeni müqavilə bağlanmayacaq.
Onun yerinə əsas namizəd isə futbol ictimaiyyətinə yetəri qədər tanış simadır. Söhbət Samir Abasovdan gedir. "Neftçi"dən ayrıldıqdan sonra işsiz qalan məşqçi yeni mövsümə Naxçıvan klubunda başlaya bilər. Vaxtı ilə "Sumqayıt"da və "Neftçi"də birlikdə çalışdıqları Ceyhun Sultanov onu "Araz Naxçıvan"a dəvət edir.