“Araz-Naxçıvan”ın əvəzedicilərinə bir qol bəs etdi
- 20:00
- 47
Əvəzedicilər Liqasında 26-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Araz-Naxçıvan-2” “Sumqayıt-2” ilə ev oyununda tək qolla 3 xal qazanıb.
Turun sonuncu oyununda “Qarabağ-2” “Kəpəz-2” ilə qarşılaşacaq.
Daha öncə “Sabah-2” “Neftçi-2”yə qalib gəlib (2:0), “Şamaxı-2” – “Qəbələ-2” (1:5) və “Zirə-2” – “Turan Tovuz-2” (1:4) görüşlərində qonaqlar qalib gəliblər.
Əvəzedicilər Liqası
26-cı tur
18 may
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 1:0
Qol: İftixar İbrahimov, 51.