“Araz-Naxçıvan”dan növbəti transfer
- 30 İyl 2024 15:10
- 169
Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, ölkə çempionu Serbiya millisinin də üzvü olan Yaniç Aleksandarla anlaşıb.
29 yaşlı müdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”a kömək edəcək.
Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio (“Torreense” Portuqaliya), İlham Alıyev (U-19) və Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb. Təmsilçimiz UEFA Çempionlar Liqasında avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya), avqustun 24-də isə “Uddevalla” (İsveç) ilə qarşılaşacaq.