
"Araz Naxçıvan" Türkiyənin tanınmış klubu ilə yoxlama görüşü keçirəcək
- 30 İyn 2022 14:00
- 618
Növbəti mövsümdən I Divizionda çıxış edəcək "Araz Naxçıvan"ın Türkiydə təlim-məşq toplanışı keçəcəyi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi orada bir neçə yoldaşlıq görüşü keçirəcək ki, həmin klublardan birini tanınmış hesab etmək olar.
Söhbət "Trabzon 1461" klubundan gedir. Trabzonu təmsil edən sözügedən klub hətta 2012-13-cü ildə Super Liqaya çıxmaq şansı qazansa da, "Trabzonspor"un pilot klubu olması əsas gətirilərək bu şansdan məhrum edilmişdi.